Xəzər Xəbər

Lionel Messi ilə bağlı apelyasiya şikayəti verilib

İdman | 13:11 • 17 İyul 2019
Lionel Messi ilə bağlı apelyasiya şikayəti verilib

Argentina Futbol Assosiasiyası (AFA) Lionel Messinin Amerika kubokunun 3-cü yer uğrunda Çiliyə qarşı oyununda (2:1) aldığı qırmızı vərəqə ilə bağlı apelyasiya şikayəti verib.


Qurum Cənubi Amerika Futbol Konfederasiyasına (KONMEBOL) təkcə şikayət müraciəti deyil, həm də hücumçunun məktubunu göndərəcək.


Lakin L.Messinin məktubunda üzr istəyib-istəməməsi barədə məlumat verilmir. Hərçənd KONMEBOL-u korrupsiyada ittiham edən futbolçunun üzr istəyəcəyi gözlənilir.


Braziliya ilə yarımfinal qarşılaşmasında (0:2) sonra KONMEBOL və hakimlərin ünvanına sərt ittihamlar irəli sürən L.Messi mükafatlandırma mərasiminə də qatılmayıb. Qurumun ünvanına işlətdiyi ifadələrə görə 32 yaşlı forvard 2 ilə qədər millidə oynamaq hüququndan məhrum edilə bilər.

Xəbər lenti