Xəzər Xəbər

Ermənistan klubu Avropa Liqasında yenə darmadağın olub

İdman | 09:11 • 17 İyul 2019
Ermənistan klubu Avropa Liqasında yenə darmadağın olub

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.


İlk oyun günündə üç qarşılaşma keçirilib.


Serbiya təmsilçisi "Çukariçki” Ermənistan "Banants”ını ikinci dəfə darmadağın edib. "Klaksvik”lə "Riterlai”nin duelində isə səfər qolu həlledici olub. Litvadakı ilk oyunda vurulan top Farer adaları təmsilçisini növbəti raunda daşıyıb. OFK ilə cütün taleyini ilk matçda həll edən Bolqarıstan MOİK-i isə Makedoniyada çətinliklə üzləşməyib.


Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

16 iyul

19:00. "Banants" (Ermənistan) – "Çukariçki" (Serbiya) – 0:5

Stoyanoviç, 3, 75 (pen.), Tadiç, 31, Lukoviç, 49, Birmançeviç, 71

İlk oyun - 0:3

21:00. "Klaksvik” (Farer adaları) – "Riterlai" (Litva) – 0:0

İlk oyun - 1:1

22:30. "Titoqrad" (Monteneqro) - MOİK (Bolqarıstan) – 0:0

İlk oyun - 0:4

Xəbər lenti