Xəzər Xəbər

Çeçenistanda təyyarə evin üstünə düşüb - yaralılar var

Dünya | 10:56 • 16 İyul 2019
Çeçenistanda təyyarə evin üstünə düşüb -

Çeçenistanda təyyarə qəzaya uğrayıb.

Səhər saat 8 radələrində yüngülmotorlu təyyarə qəzaya uğrayaraq yaşayış evinin üstünə düşüb. Hadisəni Rusiya Fövqəladə Hallar Xidməti təsdiq edib.

Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb - pilot, 2 qadın və 1 azyaşlı. Yaşayış evinə ziyan dəyib.

Qəzanın başvermə səbəbi olaraq pilotun idarəetməni itirməsi qeyd edilir, başqa detallar açıqlanmır. Araşdırma başlayıb.

Xəbər lenti