Xəzər Xəbər

Putinlə görüşdə həyəcandan tələbə qızın ürəyi getdi - VİDEO

Veb TV | 10:35 • 11 İyul 2019
Putinlə görüşdə həyəcandan tələbə qızın ürəyi getdi -

Rusiya Prezidenti Vladimir Putinin Ural Federal Universitetində tələbələrlə görüşü zamanı gözlənilməz hadisə baş verib.

"Qafqazinfo”nun xəbərinə görə, dövlət başçısının onların görüşünə gəldiyindən həyəcanlanan tələbə qız huşunu itirib.

Putin isə "Xahiş edirəm, qıza kömək edin. Yavaşça qucağınıza alın” deyib.

Prezidentin mətbuat katibi Dmitri Peskov hadisə ilə bağlı açıqlama verib: "Tələbələrlə görüş zamanı qızların biri həyəcanlandığından huşunu itirdi. Daha sonra Prezidentin həkimləri ona kömək etdilər, özünə gəldi”.

Xəbər lenti