Xəzər Xəbər

Dünya TƏŞVİŞ İÇİNDƏ: uçuşlar dayandırıldı, yollar bağlandı, minlərlə insan...

Dünya | 10:10 • 27 İyun 2019
Dünya TƏŞVİŞ İÇİNDƏ:

Papua-Yeni Qvineyanın (PYQ) Qərbi Yeni Britaniya ştatında yerləşən Ulavun vulkanı hərəkətə keçib.

Bismark arxipelaqında yerləşən vulkan səbəbilə bölgədə yaşayan 5 min insan təcili təhlükəsiz yerlərə təxliyə edilib.

"Radio Yeni Zelandiya”nın xəbərinə görə, lava axınına görə bəzi avtomobil yolları bağlanıb. Tələfatla bağlı hələ ki, məlumat verilməyib.

Vulkandan çıxan qara duman səmada kilometrlərlə sahəyə yayılıb. Qalın kül yağışı yağır.

Arxipelaqdakı ən təhlükəli vulkan kimi tanınan Ulavun hava yolları şirkətlərini də təşvişə salıb. Ölkənin "Air Niugini” beynəlxalq havayolu şirkəti adadakı "Hsokinos” hava limanına bütün uçuşları dayandırıb.

Papua-Yeni Qvineya Geoloji Araşdırma Mərkəzinin məlumatına görə, Ulavun ölkədəki ən yüksək və ən dik vulkandır. Ümumilikdə, PYQ-də 6 riskli vulkan var./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti