Türkiyədə İstanbul bələdiyyəsinə seçkilərin ilkin nəticələri bəlli olduqdan sonra dollar lirəyə nisbətdə ucuzlaşıb.
Dolların indeksi gecəyarısı 5,82-dən 5,73-ə qədər enib.
24 iyun səhər saatlarından etibarən dolların kursu 5,77 TL-dir.
Hazırda bazarlarda əsas gündəm S-400 zenit raket kompleksləri və G20 sammitində Ərdoğan-Tramp görüşüdür.
Qeyd edək ki, İstanbulda bələdiyyə seçkiləri CHP namizədi Əkrəm İmamoğlunun böyük üstünlüklü qalibiyyəti ilə başa çatıb./publika.az