Xəzər Xəbər

Azərbaycanda Qurban bayramı bu tarixdə qeyd olunacaq — AÇIQLANDI

Gündəm | 12:09 • 22 İyun 2019
Azərbaycanda Qurban bayramı

"Avqustun 12-si və 13-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək".


XəzərXəbər ONA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib:


"Dini təqvimə əsasən, Qurban bayramı hər zaman Zilhiccə ayının 10-u qeyd edilir. Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar".


Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.

Xəbər lenti