Xəzər Xəbər

Bu şəxslərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək

Gündəm | 15:38 • 21 İyun 2019
Bu şəxslərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək
Azərbaycanda hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək.

Bununla bağlı " Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanun layihəsinin 107-ci maddəsinə (Hakimlərin məzuniyyət müddəti və haqqı) təklif olunan dəyişikliyə görə, hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir.

Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və 2 aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.


Xəbər lenti