Xəzər Xəbər

Gürcüstanda kazino mühafizəçilərindən azərbaycanlı qadına qarşı ŞOK ƏMƏL - VİDEO

Veb TV | 10:04 • 17 İyun 2019
Gürcüstanda kazino mühafizəçilərindən azərbaycanlı qadına qarşı

Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən kazino qarşısında insident baş verib.

XəzərXəbər "Report”a istinadən xəbər verir ki, Marneuli şəhər sakini olan qadın oğlunun kazinodan çıxarılmasını tələb edib.

Kazinonun mühafizəçiləri qadını kazinodan uzaqlaşdırmağa çalışıblar. Bu zaman mühafizəçilər qadına qarşı fiziki güc tətbiq ediblər.

Nəticədə qadının halı pisləşib. Mühafizəçilərin qadına əl qaldırması yerli sakinləri hiddətləndirib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb.

İnsidentlə bağlı araşdırma aparılır.

Xəbər lenti