Xəzər Xəbər

Azərbaycanda dəhşətli hadisə ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

Veb TV | 17:45 • 16 İyun 2019
Azərbaycanda dəhşətli hadisə

Yevlax rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.

"QAZel" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilinin 30 yaşlı sürücüsü Elşən Xəlilov ölüb, daha iki nəfər - 18 yaşlı Yusif Qədirli və 23 yaşlıBabək Qədirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar