Xəzər Xəbər

Bu kəndlərdə inəklərə də nal vurulur - VİDEO

Veb TV | 19:36 • 15 İyun 2019
Bu kəndlərdə inəklərə də nal vurulur -

Tovuzun ucqar dağ kəndləri olan Çataq, Hacılar və Kazımlıda inəklərə də nal vurulur.

Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarında dağın yamacına ötürülən mal-qara axşamadək dağlıq ərazidə otlayır. Gün ərzində 5-10 kilometr yol qət edən iribuynuzlu heyvanların rahat gəzməsi üçün maraqlı üsuldan istifadə edilir. Sakinlər dırnaqların zədələnməməsi üçün inəklərə nal vururlar. Bir heyvanın ayağına vurulan nal qət etdiyi yoldan asılı olaraq 6 ay və ya bir il müddətində yenisi ilə əvəz edilir.

Daha çox atın ayağında gördüyümüz bu nallar dəmir və ya polad materialdan hazırlanır. Atlardan fərqli olaraq isə inəklərin hər ayağına 2 ədəd nal vurulur.

Nal əsasən irigövdəli və sağılan inəklərə vurulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti