Xəzər Xəbər

Qorxunc görüntü: Ağ paltarda qəribə varlıq kameraya düşdü - VİDEO

Veb TV | 15:34 • 13 İyun 2019
Qorxunc görüntü:
ABŞ-lı sosial şəbəkə istifadəçisi Vivian Qomes evinin təhlükəsizlik kamerasına düşən canlı ilə gündəmə gəlib.

Qəribə varlıq bir neçə gün əvvəl evin çölündə yerləşdirilən kameralara düşüb.

Vivian Qomes əcaib görünüşü olan canlının yalnız onun evində yerləşdirilən kameralara düşdüyünü qeyd edib. Qonşu evlərdəki təhlükəsizlik kameraları müəmmalı şəkildə bu canlını qeydə almayıblar.

Əcaib varlığın diz hissəsindəki oynaqlarının qeyri-adi şəkildə hərərkət etməsi onun azyaşlı uşaq olması versiyasının üstündən xətt çəkir. Video ekspertlər tərəfindən araşdırılır./oxu24.com


Xəbər lenti