Xəzər Xəbər

2 gəmi partladıldı, 2-si... Dəhşətli müharibə BAŞLAYIR? - VİDEO

Veb TV | 14:56 • 13 İyun 2019
2 gəmi partladıldı, 2-si...

Oman dənizindəki neft tankerlərində partlayış baş verib.

İngiltərə ordusunun Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatları qurumuna aid Marşall adaları bayraqlı "Front Altair” və Panama bayraqlı "Kokuka Courageous” adlı tankerlər anidən partlayıb.

Hadisədən dərhal sonra körfəz ətrafındakı ölkələrə təcili yardım çağırışı edilib. Ancaq tankerlərdən bir batmağa başlayıb. Tankerlərin canlı qüvvəsi təxliyə edilib. Onların vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Patlayışın səbəbi, hələ ki, bilinmir.

ABŞ donanmasının beşinci alayı bölgədə gerçəkləşən hadisələrdən xəbərdar olduqlarını və lazımi dəstəyi verəcəklərini açıqlayıb.

Mərkəzi Tayvanda yerləşən CPC də eyni bölgədə onlara aid bir tankerin naməlum cisim tərəfindən hücuma məruz qaldığını elan edib. Olaydan sonra gəminin 21 nəfərlik heyəti təxliyə olunub.

Bundan başqa, Füceyrə limanında Norveçin "Frontline” şirkətinə aid başqa bir tanker də hücuma məruz qalıb.

Qeyd edək ki, Füceyrə limanında 12 may tarixində Səudiyyə Ərəbistanı, BƏƏ və Norveçə aid dörd ticarət gəmisi hücuma məruz qalmışdı.

publika.az

Xəbər lenti