Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə 1966-cı il təvəllüdlü Məhbubə Əkbərova qızı Arzu Əkbərova tərəfindən döyülüb.
XəzərXəbər xəbər verir ki, Məhbubə Əkbərova ONA-ya baş vermiş hadisənin təfərrüatı barədə məlumat verib.
Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-ci ildən qızının məskunlaşdığı Nərimanov rayonundakı mənzilində yaşayıb.