Xəzər Xəbər

Azərbaycan-Türkiyə sərhədində TERROR AKTI: Yanacaq tankeri partladıldı - VİDEO

Veb TV | 11:19 • 17 May 2019
Azərbaycan-Türkiyə sərhədində TERROR AKTI:

Azərbaycan-Türkiyə sərhəd xəttində yerləşən Dilucu Sərhəd-Keçid Məntəqəsində partlayış baş verib.

Azərbaycan dövlət qeydiyyat nişanlı yanacaq tankeri anidən yanmağa başlayıb.

Tankerin yanacaq deposu partlayıb və parçaları ətrafa səpələnib. Nəticədə 1 gömrük işçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Alov qısa müddətdə sürətlə ətrafa yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın göndərilib. Bundan sonra alovun söndürülməsinə müvəffəq olunub.

Faktla bağlı istintaq işi açılıb. Araşdırmalar davam edir.

Hadisənin terror aktı olduğu ehtimal edilir.

Züm

Xəbər lenti