Xəzər Xəbər

Qazın limiti ilə bağlı “Azəriqaz”dan MÜHÜM AÇIQLAMA

Gündəm | 14:03 • 24 Aprel 2019
Qazın limiti ilə bağlı “Azəriqaz”dan

Əgər dövlət tərəfindən qazın limitinin iki dəfə artırılması və ya limitin ləğv olunması barədə qərar qəbul edilərsə, "Azəriqaz” bu qərarı icra edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında "Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev son günlər əhaliyə satılan qazın limitinin ləğv edilməsi və ya iki dəfə artırılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.

O, Azəriqaz İB-nin icraedici orqan olduğunu bildirib:

"Azərbaycan Respublikası Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpik tarifi ilə hesablanır.

Qazın limitinin ləğv edilməsi ilə bağlı qərarı da TŞ verə bilər. Azəriqaz İB icraedici orqandır. Dövlət tərəfindən hansı qərar qəbul olunacaqsa, AİB tərəfindən icrası həyata keçiriləcək”.

Qeyd edək ki, bundan əvvəl millət vəkilləri Fazil Mustafa və Qənirə Paşayeva Milli Məclisin iclasında əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış ediblər. İqtisadçı Vüqar Bayramov isə bildirib ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var.

Xəbər lenti