Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Arvadından boşandı, sonra baldızını...

Hadisə | 14:04 • 23 Aprel 2019
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ:

Bakıda baldızını öldürməyə cəhddə təqsirli bilinən Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəzərXəbər Teleqraf.com-a istinadən xəbər verir ki, Ağcabədi rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli qətnaməsi ilə Dinar Təhməzov arvadı ilə boşanıb.

O, keçmiş arvadı ilə münasibətlərinin bərpa olunmasına və barışmağa cəhd göstərib. Amma onun bütün cəhdləri uğursuz alınıb.

Dinar Təhməzov bu uğursuzluğa görə keçmiş baldızı Nuranə Fərzəliyevanı günahkar bilib.

O, keçmiş arvadının bacısı Nuranə Fərzəliyevanın ailəsi ilə barışmağa mane olduğunu güman edib, heç bir əsaslı səbəb olmadan onu öldürmək qərarına gəlib.

Dinar Təhməzov bu niyyətini həyata keçirtmək üçün əvvəlcədən özü ilə götürdüyü bıçaqla silahlanıb və sərxoş vəziyyətdə 2018-ci il iyunun 7-də, saat 21 radələrində işlədiyi "Bay man" dükanından çıxaraq evlərinə gedən Nuranə Fərzəliyevanı izləyib.

Dinar Nuranənin izləyərək, ikincinin kirayədə yaşadığı Yasamal rayonu, 2-ci Alatava ünvanında ona yaxınlaşıb və özündə olan bıçaqla arxadan qadına ardıcıl zərbələr vurub.

Ümumilikdə 6 bıçaq xəsarəti alan Nuranə səs-küy salaraq kömək çağırıb. Zərərçəkmişin qışqırdığını görən Dinar hadisə yerindən qaçıb.

Hadisə şahidləri tərəfindən Nuranə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Dinar Təhməzova Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmənin hökmü ilə Dinar Təhməzov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Dinar Təhməzov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Dinar Təhməzov qeyd edib ki, Nuranə Fərzəliyevanı öldürmək niyyəti olmayıb. Onun şikayətinə görə, Nuranə hadisə zamanı onu təhqir edib, bundan əsəbləşərək onu vurub.

Dinar Təhməzovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Dinar Təhməzovun şikayəti təmin olunmayıb.

Rubrikanın digər xəbərləri

Qaxda ağır qəzada iki qardaş
Qaxda ağır qəzada iki qardaş xəsarət alıb
12:51
Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti