Xəzər Xəbər

Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib

Hadisə | 11:49 • 22 Aprel 2019
Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib

Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.

Trend-in məlumatına görə, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.

Xəbər lenti

Çox oxunanlar