Xəzər Xəbər

Qəbələ ağır qəza: 1 ölü, 5 yaralı var - VİDEO

Veb TV | 17:34 • 21 Aprel 2019
Qəbələ ağır qəza:

Qəbələ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bunud kəndi ərazisində 2 minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Kənd sakini, 42 yaşlı Ceyhun Vəliyev aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Hadisə zamanı 5 nəfər - Emin Xəlilov, İlkin Osmanlı, Ruslan Nəcəfzadə, Elçin Nəbiyev və Murad Abbasov müxtəlif bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma davam etdirilir.


Xəbər lenti