Xəzər Xəbər

Qardaşı qızından danışan Nazpəri Dostəliyeva HƏR ŞEYİ AÇDI - ŞOK SÖZLƏR

Şou Biznes | 14:07 • 19 Aprel 2019
Qardaşı qızından danışan

"Artıq müraciət etmişəm, o qız interpolda axtarışdadır. Qızın atdığı böhtanları və yalanları sübuta yetirəcəyəm. Çirkabı üzə çıxarıb sənətkarı məhv etməyə çalışırlar”.

XəzərXəbər xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva Tarix Əliyevin (Tolik) "Hər şey daxil" verilişində deyib. O, telefonla canlı yayıma bağlanaraq qardaşı Ağaların qızı Pərvanə Dostəliyevanın atasının ona təcavüz etmə iddialarına münasibət bildirib:

"Bu gün bütün nəsli Nazpəri saxlayır, rəhmətə gedən qardaşımın da, bacımın da balalarına baxmışam. Hamısına təhsil vermişəm, kimisini ərə vermişəm, kimisini evləndirmişəm. Bundan sonra da edəcəyəm. Hamısının üstündə zəhmətim var. Oxumasam, onların işi olmaz. Ailəmi oxuduram da, saxlayıram da. Bundan başqa tanımadığım 5 ailə var ki, ataları dünyasını dəyişib, imkanları yoxdur, o uşaqları mən saxlayıram. Corablarına qədər mən təmin edirəm.

Bu vaxta qədər susmuşam, bu gün məcbur oldum ki, etdiyim yaxşılıqları deyim. Heç vaxt elədiklərimi dilimə gətirməmişəm. Allah keçsin günahımdan. Amma bu haqsızlığı boynuma yazıb çirkabı üzə çıxartmaq istəyirlər. Böyük günah iş görürsünüz.

Qoy bütün Azərbaycan xalqı bilsin ki, nə əxlaqımda, nə mənaviyyatımda, nə ailəmdə, nə də şəxsiyyətimdə ailəmə qarşı heç bir qüsurum olmayıb. Xalq artisti adını alana qədər iynə ilə gor qazmışam. Nə çörək yemişəm, nə də çay içmişəm, səhərə qədər işləmişəm. Bu gün nə qazanmışam, o əməyimin, Allahın və sənətminin mənə verdiyi bəhrəsidir. Heç nəyi öz başına qazanmamışam.

Durub qaşını, saçını mənə oxşadan mənim qohumumdur? Bu nə biabırçılıqdır? Xalqımı savadsız, cahil, mənəviyyatsız görmək istəməzdim. Əlbəttə ki, xalqım deyirəm, üzr istəyirəm, bəzilərindən. Qalmaqaldan qaçdıqca, gəlib məni yaxalayır. Yaxşı sənətkarları az qalırlar boğsunlar, səhnədən uzaqlaşdırsınlar. Bunu atamın dövründən görmüşəm. Açıqlama vermək istəmirəm. Bir şeyi bilin. Haqsız olaraq məsuliyyəti çiynimə yükləyirlər. Mən övladlarıma, bəzilərinə görə məsuliyyət daşayıram".

Tolik verilişdə etiraf edib ki, Nazpəri Dostəliyeva qardaşı qızının ona atdığı ittihamlardan utandığı üçün toya getməkdən imtina edib.

Xatırladaq ki, Pərvanə adlı qız Nazpərinin qardaşı Ağaların övladı oluğunu və 6 yaşında atası tərəfindən təcavüz edildiyini açıqlayıb. O, "Azəri star" yarışmasına qatılan zaman Nazpərinin onu yarışmadan uzaqlaşdırdığını deyib

Xəbər lenti