Xəzər Xəbər

Bakıda dənizdən meyiti tapılan qızla bağlı YENİ XƏBƏR

Hadisə | 14:23 • 18 Aprel 2019
Bakıda dənizdən meyiti tapılan qızla bağlı

Bakı şəhər Xəzər rayonunda dəniz sahilindən gənc qızın meyitinin tapılması hadisəsi ilə bağlı cinayət işi açılıb.

XəzərXəbər-in məlumatına görə, Mərdəkan qəsəbəsində yerləşən "Tropikanka” istirahət mərkəzinin dəniz sahili ərazisindən 25-30 yaşlı qadının meyitinin aşkarlanması hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir. İlkin araşdırmalar zamanı onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti