Xəzər Xəbər

Sürücülük vəsiqələri dəyişdirilir - QƏRAR VERİLDİ - VİDEO

Veb TV | 20:30 • 5 Aprel 2019
Sürücülük vəsiqələri dəyişdirilir -

Sürücülük vəsiqəsinin təsviri və spesifikası dəyişir. Eyni sürücülük vəsiqələri fərqli formada olacaq.

Xezerxeber.az-ın məlumatına görə, baş nazir Novruz Məmmədov sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, yeni, o cümlədən etibarlılıq müddəti başa çatdıqdan sonra dəyişdirilən vəsiqələr yeni nümunəyə uyğun olacaq. Yeni vəsiqələr istər dizaynı, istərsə də bir sıra spesifik xüsusiyyətlərinə görə əvvəlkilərdən fərqli olacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, bu vəsiqələr təmassız inteqrasiya dövrə kartları, başqa adla "Yaxınlaşdırma kartları" beynəlxalq standartların tələblərinə cavab verir. Həmçinin yeni vəsiqələr kompüter təhlükəsizliyi standartını ən azı "Səviyyə 2" həddində dəstəkləyir. Bununla yanaşı, yeni vəsiqələrdə alt kateqoriyalar da əlavə ediləcək.

Kamran Əliyev onu da bildirib ki, yeni vəsiqələrin dəyişdirilməsi könüllü şəkildə həyata keçiriləcək. İstənilən şəxs sürücülük vəsiqəsinin etibarlılığı bitdikdən sonra və ya könüllü şəkildə vaxtından əvvəl dəyişdirə biləcək. Yaxın zamanlarda imtahan verib sürücülük vəsiqəsi alan şəxslərə isə yeni sürücülük vəsiqələri veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti