Xəzər Xəbər

Balıq ovu üçün kvota azaldılıb - Yeni qərar bazara necə təsir edəcək? - VİDEO

Veb TV | 20:17 • 25 Mart 2019
Balıq ovu üçün kvota azaldılıb -

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 33 faiz azaldılıb. Bu qərar balıq bazarına necə təsir edəcək?

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli qərarı ilə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 2 min 328 ton təşkil edir. Bu, 2018-ci illə müqayisədə 33 faizə qədər azdır. Eyni zamanda, Azərbaycanda çay və göllərdə balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota da kəskin azaldılıb.

Balıq satanlar bunun bazarda qıtlıq yaratmayacağını və qiymətlərə təsir etməyəcəyini deyirlər. Onlarin fikrincə, sənaye balıqlarının bazara daxil olması balansın qorunub saxlanmasına imkan verir.

Eyni zamanda, mövsümlə əlaqədar yay aylarında alıcı qüvvəsinin azalması da bazarın stabil qalmasına imkan verəcək.

O ki qaldı hazırda balıq bazarında vəziyyətə, bayram ərəfəsi ilə müqayisədə qiymətlərin düşdüyü bildirilir.

Ümumiyyətlə, yaxın vaxtlarda balığın qiymətində bahalaşma gözlənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti