Xəzər Xəbər

Göbək yağlarını əridən SADƏ QARIŞIM

Cəmiyyət | 11:15 • 25 Mart 2019
Göbək yağlarını əridən

Əslində, arıqlamaq və bədən quruluşunu qorumaq üçün ən doğru yol sağlam qidalanma ilə bərabər idmanla da məşğul olmaqdır. Ancaq gündəlik iş rejimi, ev, ailə, məişət qayğıları idmanla məşğul olmağa imkan vermir. Belə olduqda bəzi qarışımlarla özünüzü formada saxlaya bilərsiniz. E-tibb.az bu dəfə göbək yağlarını yandırmağa kömək edən qarışımı təqdim edir.

Lazım olan ərzaqlar:

- Bir xiyar

- Bir çay qaşığı rəndələnmiş zəncəfil

- Yarım limon

- Təzə nanə (Dörd-beş dənə)

- Bir desert qaşığı quru nanə

- Bir litr su

Hazırlanması:

Əvvəl xiyarı soyun və nazik-nazik doğrayın. Sonra yarım limonu incə dilimləyin. Bir litr suyu blendera boşaldın. Üzərinə doğradığınız limonu, xiyarı, rəndələnmiş zəncəfili, təzə və quru nanəni əlavə edib, blender ilə qarışdırın. Hazırlanan qarışımı bir gecə soyuducuda saxlayın.

Göbək yağlarını əritməyə kömək edəcək bu içkini gündə iki dəfə içə bilərsiniz.

Faydaları:

Xiyarın ən əsas xüsusiyyətlərindən biri bədəni lazım olan nəmləndirmə ilə təmin etməkdir. Tərkibində yüksək faizdə su olan xiyar, eyni zamanda, antioksidant qaynağıdır. Bu da onun xərçəng xəstəliyi ilə mübarizə aparmasına imkan verir.Xiyar, həmçinin, qan şəkərini nizamlayır, ürək sağlamlığı üçün də faydalıdır.

Zəncəfilin ən vacib özəlliklərindən biri yağ yandırmasıdır. Həzm sistemini nizamlayan zəncəfil həm də iltihab əleyhinə xüsusiyyətə malikdir.

Limon C vitamini ilə ən zəngin meyvələrdən biridir. Bu da immuniteti gücləndirdiyi qədər, yağları da yandırmağa kömək edir.

Nanə arıqlamağa yardım edən göyərtilərdəndir. Əsas faydalarından biri də həzm sistemini nizamlamasıdır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti