Xəzər Xəbər

Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü - VİDEO

Veb TV | 17:15 • 22 Mart 2019
Goranboyda dəhşətli qəza:

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ikinəfər maşında yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindənverilən məlumata görə, Nemət Süleyman oğlu Məmmədovun idarə etdiyi 09-BL-987 dövlət nömrəli "Mercedes” markalı yük avtomobili ilə20-CH-879 dövlət nömrəli"Ford”markalı minik avtomobilinintoqquşması nəticəsində "Ford”da yanğın baş verib.

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən ikinəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti