Xəzər Xəbər

Bakıda dəhşətli qəza: avtobus parklanmış maşınlara çırpıldı, başqa birinin üstündən keçdi - VİDEO

Veb TV | 18:33 • 19 Mart 2019
Bakıda dəhşətli qəza:

Bakıda idarəetmədən çıxan sərnişin avtobusu bir neçə avtomobilə çırpılıb.

Nəticədə 2 nəfər xəsarət alıb. Hadisə paytaxtın Nizami rayonu Qara Qayarev Prospektində, "8-ci kilometr bazarı"nın yanında baş verib. 40 nömrəli marşrut xətti ilə hərəkət edən 10-TG-826 dövlət nömrə nişanlı avtobus minik avtomobili ilə toqquşduqdan sonra, idarəetmədən çıxaraq bir neçə avtomobilə çırpılıb.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hadisə zamanı 2 nəfər xəsarət alıb. Qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Qəza nəticəsində xəsarət alan 72 yaşlı kişiyə isə yerində yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti