Xəzər Xəbər

Masallıda ağır qəza - Sürücünün meyitini FHN çıxardı VİDEO

Veb TV | 17:57 • 23 Fevral 2019
Masallıda ağır qəza - Sürücünün meyitini FHN çıxardı

Zəncirvari qəza ölümlə nəticələnib.

Hadisə Masallıda, Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsində baş verib. Biləsuvar sakini Rafik İsmayılovun idarə etdiyi, Biləsuvar-Astara marşrutu üzrə hərəkət edən mikroavtobus əvvəlcə Cəlilabad sakini Aslan Ağayevin sükan arxasında olduğu minik avtomobili, sonra isə Cəlilabad sakini Məlik Məlikovun idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub. Sürücülərdən biri, 70 yaşlı Aslan Ağayev hadisə yerində ölüb.

Mikroavtobusun sürücüsü Rafik İsmayılov və sərnişinlər - Masallı sakini Mətanət Əliyeva, Cəlilabad sakini Ruslan Nuruşov və Biləsuvar sakini Kənan Həsənzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ucarda isə minik avtomobilinin su kanalına aşması ölümlə nəticələnib. Zərdab sakini, 45 yaşlı Ceyhun Ömərov idarə etdiyi minik avtomobili ilə Ucar-Zərdab magistralında hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq su kanalına aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin - Ucarın Qəzyan kənd sakini, 21 yaşlı Kamran Hüseynova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti