Xəzər Xəbər

Mehriban Əliyevadan Zəhra ilə bağlı MÖHTƏŞƏM ADDIM - Hədiyyə göndərdi - FOTO

Gündəm | 17:16 • 23 Fevral 2019
Mehriban Əliyevadan Zəhra ilə bağlı

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlını təbrik edib, ona yarışlar zamanı uğurlu çıxışlarına və göstərdiyi vətənpərvərliyə görə hədiyyə göndərib.

XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.

Heydər Əliyev Fondunun nümayəndələri bu gün Zəhra Salmanlıya kompüter və Fondun müxtəlif nəşrlərini təqdim edib.

Qeyd edək ki, 5-ci sinif şagirdi Zəhrə Salmanlı turnirin keçirildiyi zalda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini deyib. Zəhranın tələbindən sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.





Xəbər lenti