Xəzər Xəbər

DƏHŞƏT! Dünyanın yeni bəlası, yaşayan ölülər HİKİKOMORİ xəstəliyi nədir?

Dünya | 15:55 • 23 Fevral 2019
DƏHŞƏT! Dünyanın yeni bəlası, yaşayan ölülər

Özünü ictimai həyatdan qoparan 'zombi nəsli' yeni dünyanın ən ciddi problemlərindən biridir.

XəzərXəbər xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyada 1,5 milyon adam bir otaqda həyatını keçirir.

Filippində texnikadan asılı oğlunu yedirməyə çalışan ananın görüntüsü vəziyyətin ciddiliyini göstərir.

Filippində Carlito Garcia (13), oyun asılılığı üzündən internet kafedən çıxmır. Yoldaşları ilə 48 saat heç qalxmadan təşkil etdikləri oyun maratonları anası Lilybeth Marvel'ı (37) narahat edir. Çünki Carlito hətta əllərini belə oyundan ayırmır.

İnkişaf pozuqluğu yaşayan və yaşıdlarından daha kiçik görünən Carlit'nun sağlamlığını itirməməsi üçün çarəsiz anası onu tez-tez əlləri ilə bəsləyir. Carlitonun vəziyyəti daha çox faciəvi halı xatırladır.

Yaponiyada 1980-ci illərdə 15-30 yaş arasında başlayan özünü həyatdan təcridetmə axını, 2015-ci ilə gəlindiyində 540 min insanın həqiqəti oldu.

Yaponiya hökuməti, "hikikomori" olaraq adlandırdığı bu durumu xəstəlik kimi qələmə verdi. Cəmiyyətdən uzaqlaşıb özünü ən az 6 ay ərzində bir otağa həbs edənləri əhatə edən bu problem, həm ictimai, həm də iqtisadi bir bəla halına gəldi. Yaşlılarda yayılmış olan bu problemin tipik xüsusiyyətləri aşağıdakılardır:

● Onlar öz səhvləri üzündən özlərini qınayırlar.

● Tualetə getmək üçün enerji tapa bilmirlər.

● Kompüter oyunları ilə istirahət etməyə çalışırlar.

● Yalnız kifayət qədər yaşamaq üçün kifayət qədər ünsiyyət qururlar.

● Ümumiyyətlə, orta sinifdə yaşayan və ailə ilə yaşayan gənclər və ya böyüklər arasında yayılır.

● Onlar ailələrinə güvənirlər.

● Cəmiyyətə bərpa olunması və cəmiyyətin bir hissəsi olmaq üçün 10 il vaxt lazım olur./metbuat.az

Xəbər lenti