Xəzər Xəbər

Bu gün Bakıda 2 avtobus yanıb - VİDEO

Veb TV | 20:20 • 22 Fevral 2019
Bu gün Bakıda 2 avtobus yanıb -

Bu gün Bakıda iki fərqli yerdə marşrut avtobusları yanıb.

Xezerxeber.az-ın məlumatına görə, avtobuslardan biri paytaxtın Binəqədi rayonunun Xocahəsən qəsəbəsindən Sədərək bazarı istiqamətinə gedən yolda yanıb.

176 saylı avtobus günorta saatlarında alışaraq yanıb. Ancaq hadisə nəticəsində xəsarət alan olmayıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev "Xəzər Xəbər"ə bildirib ki, hadisə 176 saylı marşrut xəttində nasaz avtobusun xətdən çıxarılaraq təmirə göndərilən zaman baş verib. Onun sözlərinə görə, hadisə zamanı avtobusda sərnişinlər olmayıb.

Respublika Baş Dövlət Yol Polisindən isə bildirdilər ki, avtobusun texniki baxışdan keçib keçməməsi, eləcə də hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparılır.

Bu gun həmçinin paytaxtın Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda yanğın olub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan boş avtobusda baş verib. Nəqliyyat vasitəsinin mühərrik hissəsində qısaqapanma olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti