Xəzər Xəbər

Üç rayonda qəza baş verib - 3 ölü, 5 yaralı var - VİDEO

Veb TV | 20:01 • 22 Fevral 2019
Üç rayonda qəza baş verib -

Zaqatalada iki minik avtomobili toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Göyəm kəndi ərazisində baş verib.

Avtomobillərin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Sürücülərdən biri, rayonun Bəhmətli kənd sakini 29 yaşlı Elgün Qədimov aldığı ağır bədən xəsarətlərindən orada dünyasını dəyişib. Digər avtomobilin sürücüsü 33 yaşlı Zaqatala şəhər sakini Bəxşiş Dadaşovun müalicəsi aparılır. Vəziyyəti orta ağır qiymətləndirilir.

Yevlaxda isə minik maşını ilə yük avtomobilinin toqquşması ölümlə nəticələnib. Qəza gecə saatlarında Bakı-Qazax avtomagistralının Yevlax rayonundan keçən hissəsində baş verib. Toqquşma nəticəsində minik maşınının sürücüsü Əli Abbasov hadisə yerində dünyasını dəyişib. Qəzanın baş vermə səbəbləri araşdırlır.

Sabirabadda isə mikroavtobusun yük avtomobili ilə toqquşub. Mikravtobusda olan sərnişin, Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 44 yaşlı Fuad Şükürov hadisə yerində ölüb. Sərnişinlər Beyləqan sakinləri, 44 yaşlı Kənan Orucov, 57 yaşlı Nadir Rzayev və daha bir nəfər Sabirabad rayon xəstəxanasına, Beyləqan sakini, 22 yaşlı Səidə Quliyeva isə Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Bütün faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti