Xəzər Xəbər

42 nəfərin yaralandığı qəzanın baş verdiyi an VİDEO

Veb TV | 11:14 • 22 Fevral 2019
42 nəfərin yaralandığı qəzanın baş verdiyi an

Hazırda 19 nəfər xəstəxanada müalicə olunur, vəziyyətləri stabildir.

Dünən Sumqayıtda 42 nəfərin yaralandığı dəhşətli qəzanın baş verdiyi anın kamera görüntüləri yayılıb.

Şəhərin Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində "Toyoto Prado” markalı avtomobil avtobusun yoluna çıxıb.

Nəticədə qəzadan yayınmağa çalışan sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yaşayış binasına çırpılıb.

Qeyd edək ki, hazırda 19 nəfər xəstəxanada müalicə olunur, vəziyyətləri stabildir.

Video Baku.ws-ə aiddir.

Xəbər lenti