Xəzər Xəbər

Türkiyədə baş verən zəlzələ təhlükəsizlik kameralarında VİDEO

Veb TV | 12:39 • 21 Fevral 2019
Türkiyədə baş verən zəlzələ təhlükəsizlik kameralarında

Hadisədən qorxan vətəndaşlar ocaq qalayaraq gecəni küçədə keçirib.

Türkiyənin Çanakkale bölgəsində saat 22:23-də 5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerin 5.95 kilometr dərinliyində meydana gəlib.

Aidiyyatı qurumların apardığı araşdırmanın ilkin nəticələrinə görə ölən yoxdur.

Zəlzələ nəticəsində Ayvacık bölgəsinin bəzi kəndlərindəki köhnə və yaşayış olmayan binalarda çatlar yaranıb.

Zəlzələ səbəbi ilə xəstəxanalara müraciət olunmadığı bildirilir.

Hadisədən qorxan vətəndaşlar ocaq qalayaraq gecəni küçədə keçirib.

AzNews.az

Xəbər lenti