Xəzər Xəbər

Onlardan qaçış yoxdur: bu görüntülər Rusiyanın YUXUSUNU QAÇIRACAQ – VİDEO

Veb TV | 12:07 • 21 Fevral 2019
Onlardan qaçış yoxdur:

İsrailin IAI (Israel Aerospace Industries) konserni fevralın 20-dən 24-dək Hindistanda keçirilən "Aero India” müdafiə sərgisində "Mini Harpy” dron-kamikadzeni təqdim edib.

Şirkətin yutubda yerləşdirdiyi videoçarxda kamikadzenin döyüş imkanları göstərilib.

Döyüş sursatının hədəflərdən biri isə Rusiyanın "S-300” və "S-400” zenit-raket komplekslərinə daxil olan və "MZKT-7930”nin şassisi üzərində qurulmuş "96L6E” yüksəklikli detektorun radarına bənzəyir.

Şirkətin saytında dərc edilmiş press-relizdə qeyd edilir ki, "Mini Harpy” taktik sistemi "Harop” və "Harpy” pilotsuz təyyarələrinin imkanlarını birləşdirir. Dron-kamikadze hədəfin meydana çıxmasını gözləyərək patrul keşiyi çəkməyə və görüntüləri video operatora translyasiya etməyə qadirdir. Pilotsuz təyyarə yerüstü və dəniz mövqelərdən, həmçinin vertolyotlardan işə salınır.

Bir "Mini Harpy” 45 kiloqram təşkil edir, döyüş hissəsi 8 kiloqramdır, dronun uçuş məsafəsi isə operatordan yüz kilometrə qədər, müddət isə iki saata qədər təşkil edir.

publika.az

Xəbər lenti