Xəzər Xəbər

Səudiyyə şahzadəsinə verilən qızıl hədiyyə hər kəsi ŞOKA SALDI FOTO

Dünya | 13:54 • 20 Fevral 2019
Səudiyyə şahzadəsinə verilən qızıl hədiyyə hər kəsi ŞOKA SALDI

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmana Pakistanda qəribə hədiyyə bağışlanıb.

Səfər çərçivəsində 20 milyard dollarlıq müqavilələr imzalayaraq rekord qıran şahzadəyə Pakistan parlamentindən bir heyət qızıl örtüklü "Heckler & Koch MP5K” tipli silah hədiyyə edib.

Hədiyyəni verən heyətə Pakistan Parlamentinin sədri Sadiq Sancrani başçılıq edib.

Qeyd edək ki, Məhəmməd ibn Salmanın Pakistandan sonra Hindistana və Çinə səfər etməsi gözlənilir./publika.az

Xəbər lenti