Xəzər Xəbər

DƏHŞƏT: İş adamının xanımının başını kəsib küçəyə atdılar - VİDEO

Veb TV | 15:30 • 19 Fevral 2019
DƏHŞƏT:

Başıma gələnlərin günahkarı əclaf ərimdir. O, mənə görə 200 min dollar ödəmək istəmədi.


Susana Karreranın kəsilmiş başı bədənindən ayrılmış cəsədinin yanına atılmış kağız parçasında belə yazılmışdı.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Meksikanın Verakrus ştatındakı Koasakoalkos şəhərində yaşanıb. S.Kareranın cəsədi qara polietilenə bükülüb yol kənarına atılmışdı.


Cinayətkarlar qaçırdıqları və girov saxladıqları S.Karreranın azad edilməsi üçün ərindən 4 milyon peso, yəni 200 min dollar tələb etmişdilər.


İki övlad anası S.Karreranın əri "Pexaluminio" metallurgiya şirkətinin sahibidir.


Ötən həftə rəfiqəsinin evinə yollanan Susanna Karrera kiçik oğlunu götürmək üçün maşından düşəndə oğurlanmışdı.


Ötən il Koasakoalkos-da adam oğurluğu ilə bağlı 49 cinayət qeydə alınıb.

Xəbər lenti