Xəzər Xəbər

Hava ilə bağlı XƏBƏRDARLIQ edildi: yağış, sulu qar, güclü külək

Cəmiyyət | 16:24 • 17 Fevral 2019
Hava ilə bağlı XƏBƏRDARLIQ edildi:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti olacaq.Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti təşkil edəcək.Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 %olacaq.

Xəbərdarlıq

Fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək Bakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günləmüqayisədə 6-8° aşağı enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.

Bölgələrdə hava, əsasən, yağmursuz. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9°
isti təşkil edəcək.

Xəbərdarlıq

Fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabiryağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdəarabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 5-7° aşağı enəcək.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
521 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti