Xəzər Xəbər

Güclü qar sürücülərə çətin anlar yaşatdı - VİDEO

Veb TV | 19:36 • 16 Fevral 2019
Güclü qar sürücülərə çətin anlar yaşatdı -

Ötən gecədən yağan güclü qar İsmayıllı-Muğanlı yolunda fəsadlar yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, qalın qar örtüyü yolda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Sürücülər saatlarla yolda gözləmək məcburiyyətində qalıblar.

Gecə isə qarla yanaşı dumanlı hava şəraiti də dolaylarda təhlükəli vəziyyət yaradıb. Səhər saatlarından "İsmayıllı Yol İstismar" MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub. Yollar qardan təmizlənib və nəqliyyatın hərəkəti bərpa olunub. Yola duz və qum səpilib.

Hazırda İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkətində heç bir çətinlik yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti