Xəzər Xəbər

Çıxarışı olmayan evlər sığorta edilə bilərmi? - VİDEO

Veb TV | 20:34 • 22 Yanvar 2019
Çıxarışı olmayan evlər sığorta edilə bilərmi? -

Dövlət reyestrindən çıxarışı olmayan mənzillər də icbari sığorta etdirilməlidir. Ancaq şəhərdə apardığımız soğru zamanı bəlli oldu ki, əksər insan bundan xəbərsizdir.

Xezerxeber.az-ın məlumatına görə, bəzi şəxslər əmlakın icbari sığortasının yalnız çıxarışı olan evlərə şamil edildiyini düşünürlər. Buna görə də çıxarışsız evlərini sığorta etdirməkdə maraqlı olmurlar.

Sığorta məsələləri üzrə ekspert Tural Şükürov deyir ki, bu məsələ qanunvericilikdə də geniş əksini tapıb. Qanuna əsasən, mənzildə vətəndaşın faktiki sahibliyini təsdiqləyən istənilən sənədi təqdim etməklə əmlakı sığorta etdirmək olar.

Ekspert deyir ki, bu hal təcrübədə də öz əksini tapıb və bir neçə dəfə sığorta şirkətləri reyestrdən çıxarışı olmayan və sığorta hadisəsi yaşanan evlərə görə ödənişlər edib.

Tural Şükürov onu da bildirir ki, sığorta şirkətləri belə əmlakların sığortalanmasından imtina edə bilməzlər.

"İcbari sığortalar haqqında" qanuna əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə dövlət əmlakının sığortası icbaridir. Yalnız özbaşına tikintilər, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan mənzillər sığorta edilmir.

Tural Şükürovun sözlərinə görə, digər hallarda daşınmaz əmlakını sığorta etdirməkdən yayınan fiziki şəxslər 30, vəzifəlilər 80, hüquqi şəxslər isə 200 manat məbləğində inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti