Xəzər Xəbər

Rusiyaya qarşı “ehtiyat plan”: bu çağırış MÜHARİBƏ BAŞLADA BİLƏR

Dünya | 10:52 • 20 Yanvar 2019
Rusiyaya qarşı “ehtiyat plan”:

Estoniya jurnalisti Vahur Koorits ölkə ərazisində Sankt-Peterburqu vura biləcək raketləri yerləşdirməyi təklif edib.

Bu haqda "Sputnik Estoniya” yazıb.

Bundan başqa, o Rusiyanın ticarət donanmasına mane olmaq üçün hərbi gəmiləri əldə etməyə çağırıb. Belə addımlar, Kooritsin fikrincə, dünya siyasətinin indiki şərtlərində lazımdır və Estoniyaya Moskvanın dayandırılması üzrə "ehtiyat plan”a malik olmağa imkan verəcək.

Jurnalistin sözlərinə görə, bu planın əsas məqsədi odur ki, Rusiya Estoniyaya hücum halında yüksək əvəz ödəsin, yəni, Sankt-Peterburqdan və Baltika dənizində dəniz ticarətindən məhrum olsun.

Raketlər üçün hədəf kimi Sankt-Peterburqun seçilməsinə gəlincə, jurnalist bunu şəhərdə strateji obyektlərin, həmçinin Qərb hərbi dairəsinin qərargahı və Rusiyanın Hərbi-Dəniz Donanmasının yerləşməsi ilə izah edir. Belə zərbə, onun hesab etdiyi kimi, Moskvaya ciddi psixoloji təzyiq göstərəcək./publika.az

Xəbər lenti