Tbilisinin Didi Diğomi rayonunda çoxmərtəbəli binada baş vermiş partlayışda ölənlərin sayı 4-ə çatıb.
Xezerxeber.az xəbər verir ki, paytaxtın "İaşvili” xəstəxanasında 4 yaşlı körpənin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda xəstəxanalarda həkimlərin nəzarəti altında 6 uşaq var.
Məlumat üçün qeyd edək ki, yanvarın 16-da Tbilisinin Didi Diğomi rayonunda çoxmərtəbəli binada qaz sızması nəticəsində partlayış olub. Hadisə ilə bağlı yanvarın 17-si Gürcüstanda matəm elan edilib.
Bununla əlaqədar Gürcüstanın Baş naziri Mamuka Baxtadze sərəncam imzalayıb.
Sərəncama əsasən yanvarın 17-də Gürcüstanda və xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərdə dövlət bayrağı endiriləcək.