Xəzər Xəbər

Hava KƏSKİN DƏYİŞİR: temperatur 10 dərəcə enəcək, Bakıya İLK QAR YAĞACAQ - VİDEO

Veb TV | 20:03 • 15 Yanvar 2019
Hava KƏSKİN DƏYİŞİR:

Sabahdan Azərbaycanda hava şəraiti kəskin dəyişəcək. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə aşağı enəcək. Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı proqnozlaşdırılır.

Umayra Tağıyevanın sözlərinə görə, qeyd olunan tarixlərdə paytaxtda havanın temperaturu 0-2 dərəcə isti olacaq. Bu səbəbdən qarın uzun müddətli yerdə qalması gözlənilmir.

Departament direktoru mobil tətbiqlərdə qarlı havanın göstərilməməsi ilə bağlı məqama da toxunub. Bildirib ki, mobil telefonlardakı hava şəraiti ilə bağlı məlumat Milli Hidrometeorologiya Departamentinin verdiyi proqnozlar deyil.

Umayra Tağıyeva deyib ki, hava şəraiti ilə bağlı sabah daha da dəqiqləşdirilmiş məlumat veiləcək.

Xəbər lenti