Xəzər Xəbər

Generallar sərhədə yollandı: Hücum əmri HƏR AN VERİLƏ BİLƏR

Dünya | 12:48 • 11 Yanvar 2019
Generallar sərhədə yollandı:

Türkiyənin müdafiə naziri Hulusi Akar, Baş qərargah başçısı Yaşar Gülər ​​və Quru Qüvvələrinin komandanı Ömər Dündar Suriya sərhədində yerləşən Şanlıurfaya gediblər.

Hərbi səlahiyyətlilər Suriyanın şimalında həyata keçirilməsi planlaşdırılan əməliyyata hazırlığın gedişatı ilə maraqlanıblar.

"Qarşımızda Münbiç, Fəratın şərqi var. Bununla əlaqədar olaraq lazımı planlar həyata keçirilib, hazırlıqlar geniş şəkildə davam edir”, - Hulusu Akar deyib.

Müdafiə naziri qeyd edib ki, əvvəlki əməliyyatlarda olduğu kimi buradakı terrorçular da qazdıqları çüxurlarda basdırılacaqlar:

"Türkiyə dövləti ölkəmizdə və ya sərhədlərimiz kənarda, harada olursa-olsun terrora son qoymaqda son dərəcə qərarlıdır. Tək hədəfimiz terrorçulardır. Ət və dırnaq kimi olduğumuz kürd qardaşlarımızla heç bir problemimizin olmadığını ağıl sahibi olan hər kəs bilir”./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti