Xəzər Xəbər

31 dekabr gecəsi üçün HAVA PROQNOZU 15 dərəcəyədək şaxta...

Cəmiyyət | 17:05 • 30 Dekabr 2018
31 dekabr gecəsi üçün HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində dekabrın 31-də - Yeni il gecəsində gözlənilən hava proqnozunu açıqlayıb.

Departamentdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə çiskinli olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun 2-4° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında qar yağacağı proqnozlaşdırılır. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2-5°, dağlıq ərazilərdə 8-10° şaxta olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 3-8° şaxta olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində havanın çiskinli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində hava yağıntılı olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 0-5°, dağlarda 10-15° şaxta olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi şərq rayonlarında isə havanın çiskinli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində hava çiskinli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun 0-4° isti olacağı ehtimalı var.

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti