Xəzər Xəbər

Mingəçevirdə 60 ailənin yaşadığı bina təhlükə saçır - VİDEO

Veb TV | 20:36 • 16 Dekabr 2018
Mingəçevirdə 60 ailənin yaşadığı bina təhlükə saçır -

Mingəçevirdə 60 ailənin məskunlaşdığı bina təhlükə saçır.

Binanın üzlük daşları yağışdan yerə tökülür. Ağır üzlük daşları hər an kiməsə xəsarət yetirə bilər.

Xezerxeber.az-ın məlumatına görə, 25 il öncə istifadəyə verilən binanın üzərinə vurulan daşlar sakinlər üçün təhlükə yaradır. 60 ailənin məskunlaşdığı bina Mingəçevir şəhəri, Züleyxa Həsənova 2 ünvanında yerləşir.

Sakinlər deyir ki, onlar qorxularından binanın həyətinə çıxa bilmirlər. Yağışın ardından külək olan kimi binanın üzlük daşları tökülür.

Üzlük daşları tez-tez qopub düşdüyündən onlar həyətdə avtomobil də saxlamırlar. Ağırlığı 10 kiloqrama yaxın olan ağır daşlar hər an bədbəxt hadisəyə yol aça bilər.

Yaranan mənzərədən isə ən çox qorxan binada yaşayan azyaşlılardır.

Züleyxa Həsənova 2 ünvanında yaşayanlar yaranan təhülkəli vəziyyətdən çıxış yolunu həmin üzlüklərin sökülməsində görürlər.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, sakinlər məsələ ilə bağlı icra hakimiyyətinə müraciət etsinlər. Bundan sonra problemin həlli üçün addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti