Xəzər Xəbər

Çindən gətirilən məhsullarla bağlı yeni tələb qoyuldu - VİDEO

Veb TV | 20:26 • 16 Dekabr 2018
Çindən gətirilən məhsullarla bağlı yeni tələb qoyuldu -

Çindən Azərbaycana idxal edilən məhsulların keyfiyyət göstəriciləri daha yüksək olacaq.

Xezerxeber.az-ın məlumatına görə, səbəb bu ölkədən Azərbaycana məhsul gətirən karqo şirkətlərinin sahibkarlar qarşısında yalnız keyfiyyət sənədləri olan məhsulları daşıya biləcəkləri tələbini qoymalarıdır.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, indiyədək Çindən gətirilən mallarda standart göstəricilərinə o qədər də əhəmiyyət verilməyib. Odur ki, Çindən gətirilən məhsullara belə bir tələbin qoyulması Azərbaycan bazarında bu ölkədən olan məhsullara təlabatı artıra bilər. Çünki, artıq bu ölkədən ancaq yüksək standartlara cavab verən məhsullar gətiriləcək.

Vüqar Bayramovun sözlərinə görə, son 3 ildə Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 2.7 dəfə artıb. 565 milyon dollardan 1 milyard 300 milon dollara yüksələn ticarət dövriyyəsində 850 milyon dollar isə bu ölkədən idxal edilən məhsulların payına düşür.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Lakin hər iki qurumdan Çindən idxal edilən məhsullara belə bir tələbin qoyulması ilə bağlı hələlik rəsmi bir məlumatın olmadığını bildirdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti