Xəzər Xəbər

Polis rəisi sərəncama göndərildi

Gündəm | 11:15 • 16 Dekabr 2018
Polis rəisi sərəncama göndərildi

Ağdam rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Məmmədov Vasif Yusif oğlu vəzifəsindən azad edilərək sərəncama göndərilib.


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.


Onun yerinə hələlik təyinat olmayıb.


Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib. (Report)

Xəbər lenti

Çox oxunanlar