Xəzər Xəbər

Bakıda toy günü DƏHŞƏTLİ HADİSƏ: gülləni boynunda vurdu və...

Hadisə | 15:21 • 14 Dekabr 2018
Bakıda toy günü DƏHŞƏTLİ HADİSƏ:

Noyabrın 18-nə keçən gecə Şüvəlanda baş vermiş güllələnmə hadisəsi zamanı ağır xəsarət alan şəxs vəfat edib.

Publika.az-ın əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu tərəfindən güllələnən 1979-cu il təvəllüdlü Sərvər Quliyev ağır vəziyyətdə yerləşdirildiyi Nevrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

Bildirilir ki, noyabrın 17-də Əliyev Qorxmaz Adil oğlu Sərvər Quliyevin qardaşı ilə eyni məclisdə iştirak edib. Belə ki, qohum olan həmin şəxslər Şamaxı rayonuna Qorxmazın dayısı qızının toyuna gedib. Daha sonra onlar avtobusla bir yerdə Bakıya qayıdıblar. Yolda Sərvər Quliyevin ögey qardaşı Anar Hüseynovla Qorxmaz arasında mübahisə baş verib. Bu zaman Qorxmaz Anarı vurub. Avtobus şəhərə çatan kimi həmin şəxslər metronun "20 Yanvar" stansiyası yaxınlığında düşürdülüb. Anar tez Şüvəlana gələrək yolda baş verənlər barədə ögey qardaşı Sərvərə danışıb. İki qardaş Qorxmazın gəlməsini gözləyiblər və onu yaxalayaraq qisas almaq istəyiblər. Bu zaman Q.Əliyev maşınında olan tapança ilə atəş açıb. Güllə Sərvərin boyun nahiyəsinə tuş gəlib. O, ağır vəziyyətdə xəstəxanaya çatıdırılıb.

Polis tərəfindən saxlanılan Q.Əliyev barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Cinayət işi daha sonar məcəllənin 120.1-ci maddəsinə tövsif edilib.

Qeyd edək ki, insident zamanı Q.Əliyevlə A.Hüseynov da xəsarətlər alıb. Araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti