Xəzər Xəbər

Evdən qaçan 15 yaşlı qızın faciəvi sonu Oğlanla yazışmırş - VİDEO

Veb TV | 15:28 • 14 Dekabr 2018
Evdən qaçan 15 yaşlı qızın faciəvi sonu

Təcavüzə məruz qalan qızın ölümündən əvvəlki son görüntüləri yayılıb.

Mirror xəbər verir ki, görüntülərdə onun zorlanıb, öldürüldüyü parkın ətrafında gəzişməsi əks olunub.

14 yaşlıViktorija Sokolova adlı qız bu ilin aprel ayında evdən gizlicə çıxaraq Facebook sosial şəbəkəsində tanış olduğu oğlanla görüşə gedib.İtini parkda gəzdirməyə çıxan şəxs səhəri gün Viktorijanın yarıçılpaq cəsədini tapıb.

Oğlan qızı öldürdükdən sonra onun cəsədini İngiltərənin Volveremton şəhərindəki Vest parkda, skamyanın arxasına atıb, qaçıb.

Volveremton şəhər məhkəməsində 14 yaşlı qızı zorlayan oğlana hökm oxunub. Onun yaşı 18-dən az olduğuna görə adı mətbuata açıqlanmır.

Polis bu gün ilk dəfə cinayət günü çəkilən görüntüləri yayıb. Kadrlar qızın ölümündən bir neçə dəqiqə əvvəl çəkilib.

Qızın cəsədi tapılanda onun kəllə sümüyünün 21 yerində əzikizi olub. Araşdırmalara görə, oğlan qızı çəkiclə öldürüb. O, daha sonra qızın cansız bədəninə də təcavüz edib.

Məhkəmədə bildirilib ki, onlar görüşməzdən əvvəl sosial şəbəkədə xeyli yazışıblar, həttaoğlan idman edərkən çəkilən görüntülərini də qıza göndərib.

Oğlan məhkəmədə qızı zorladığını etiraf etsə də, öldürdüyünü dilə gətirməyib./Milli.Az

Xəbər lenti