Xəzər Xəbər

Rusiyaya QARA XƏBƏR: Casus olduğunu etiraf etdi

Dünya | 11:07 • 14 Dekabr 2018
Rusiyaya QARA XƏBƏR:

Gələn həftə Butina haqda yekun məhkəmə qərarının çıxarılacağı bildirilir.

ABŞ-da Moskvanın xeyrinə casusluq etməkdə günahlandırılan Rusiya casusu Mariya Butina ona qarşı qaldırılan bütün ittihamları qəbul edib.

O, Vaşinqtonda məhkəməyə çıxarılıb.

Psixoloji durumunun qaydasında olduğu təsdiq olunan Butina hakimin "Əgər günahını etiraf etsən, cəza verildikdən dərhal sonra deportasiya olunacağını bilirsənmi?" sualına müsbət cavab verib.

Daha sonra o, bütün sualları cavablandırıb və ona yönləndirilən ittihamları qəbul edib.

Gələn həftə M.Butina haqda yekun məhkəmə qərarının çıxarılacağı bildirilir.

Xatırladaq ki, M.Butina iyul ayında ABŞ-da Rusiya üçün casusluq etməsi iddiası ilə saxlanılıb. İlkin dindirilmə zamanı o, iddiaları təkzib etmişdi.

Rusiya Xarici İşlər Nazirliyi Butinanın siyasi səbəblər bəhanə edilərək casusluqda günahlandırıldığını, onunda sadəcə ABŞ-da təhsil alan bir tələbə olduğunu bildirmişdi.

Ötən həftələrdə ABŞ mətbuatında Butinanın məhkəməylə əməkdaşlıq edəcəyinə dair xəbərlərə cavab olaraq, Rusiya XİN Butinanın alacağı bütün qərarlarda onun arxasında dayanacaqlarını deyib.

AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti